www.irshadtv.az - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası-MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 

Son illər Azərbaycanda alternativ informasiya vasitələri baxımından internet televiziyanın rolu danılmazdır. Hazırda Azərbaycanda xeyli internet televiziya və radio fəaliyyət göstərir. Onların sayı dayanmadan artır. Avropada isə internet televiziya və radioların auditoriyası olduqca genişdir. Bu televiziya tamaşaçılarının sayı 25-30 milyonu ötüb. Hazırda internetdə fəaliyyət göstərən sosial şəbəkələr kimi, internet televiziya və radiolara da heç bir nəzarət yoxdur.
" İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası " Məhdud Məsuliyyətli Cəmiyyətini və onun nəzdində Televiziya və Radio verilişləri, Sənədli və Bədii filmlər Studiyalarını yaratmaq çoxdankı arzum idi. Nəhayət bu arzumu 26.06.2014 – cü il tarixində - Azərbaycan Silahlı Qüvvələri yaradılması günündə reallaşdırmaq qərarına gəldim.

" İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası " Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil Azərbaycanın dövlət mənafeyinə, xalqına, ölkədən uzaqlarda yaşayan digər soydaşlarına və Azərbaycanı sevən dünya  xalqlarına xidmət edəcək. Onlara ictimai – siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər hazırlayıb təqdim edəcək. Eyni zamanda azərbaycanlıların dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırılmasında yaxından iştirak edəcək. Dünya azərbaycanlılarının vətənpərvərlik hisslərinin yüksəldilməsində bacardığını əsirgəməyəcək.

Qeyd : " İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər  Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində əvvəlcə Televiziya, gələcəkdə isə Radio verilişləri, Sənədli və Bədii filmlər Studiyalarının fəaliyyəti nəzərdə tutulur. Yəni :

1) İrşadTv   (Televiziya verilişləri Studiyası)

2) İrşadRv  (Radio verilişləri Studiyası)

3) İrşadSf   (Sənədli filmlər Studiyası)

4) İrşadBf   (Bədii filmlər Studiyası)

----------------

Bəs nədən təsis etdiyim Məhdud Məsuliyyətli Cəmiyyətə “ İRŞAD “ adını verdim?

“ İRŞAD “ sözü Müqəddəs kitabımız  QURANdan götürülmüşdür.
Mənası “ Doğru yol göstərən “ deməkdir. Rəhmətlik babam Məhəmməd Kərbalayi Mikayıl oğlu (Mikayıl da Məhəmmədəlinin oğlu olub) bu sözü ilk oğul övladına ad eyləmişdir. Yəni, rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev bu adı dünyasını dəyişənədək şərəflə daşımışdır və Qarabağda, onun ürəyi, vuran əli sayılan Ağdamda nüfuz sahibi olmuşdur. Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Fəxri Xiyaban"ında dəfn edilmişdir.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).

 

Adil İrşadoğlu (Əliyev)
Veteran Televiziya və Qəzet  jurnalisti,
1-ci Qarabağ Müharibəsinin iştirakçısı.

E - mail : 
info@irshadtv.com
adil.irshadoglu@irshadtv.com

Mobil : +994 50 589 59 53

 

İNTERNETDƏ  JURNALİSTLİK  FƏALİYYƏTİMİ  HƏM DƏ AŞAĞIDAKI  ÜNVANLARDAN  İZLƏYƏ BİLƏRSİNİZ :

www.realistadil.blogspot.com
www.realistadilaz.blogcu.com
www.realazerbaijanadilile.blogcu.com
www.adilirshadoglu.blogcu.com
www.facebook.com/REALIST.A.Irshadoglu?ref=tn_tnmn
https://plus.google.com/u/0/108367840239446992179/posts/p/pub

 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.