www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
ERMƏNİSTAN ŞOKDA

Erməni kütləvi informasiya vasitələri belə bir məlumat yayıb :
"Türkiyədə yaşayan ermənilər ölkədən qovula bilər."

 

Yayılan məlumatlarda bildirilir ki, ermənilərlə türklərin “soyqırım” məsələsi fonunda gərginləşən, onsuz da yaxşı olmayan münasibətlərin nəticəsində Türkiyədə yaşayan ermənilərin ölkə ərazisindən çıxarılması gündəmə gəlib. On minlərlə Türkiyə ermənisinin Ermənistana gəlməsi ölkə rəhbərliyi üçün iqtisadi və siyasi problemlər yarada bilər.

Vəziyyətdən çıxış yolu axtaran Ermənistanın dövlət məmurları onları Dağlıq Qarabağ ərazisində yerləşdirməyi düşünür. Bu haqda 1994-1997-ci illər Ermənistan prezidentinin məsləhətçisi işləmiş professor Jirayr Liparityan 26 mart 2015 - ci il tarixində keçirdiyi mətbuat konfransında Ermənistan Türkiyə münasibətlərində son hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu məsələnin nə dərəcədə mümkün olub olmamasından asılı olmayaraq Ermənistan baş verə biləcək bütün hadisələrə hazır olmalıdır.

“Mənim üçün ən əhəmiyyətlisi insanların etibarını bir az da olsa quruyub saxlamaqdır."  O, həmçinin əlavə edib ki, Yaxın Şərqdə erməni partiya strukturları dövlət və milli maraqları kənara qoyub, öz mənafelərinə uyğun düşünürlər və siyasət aparırlar.

“Əgər erməni qəsəbələri olmayacaqsa, onlar nə edəcəklər? Onlar Yaxın Şərqdə erməniləri gözləyən təhlükənin nə dərəcədə ciddi olduğunu qəbul etmək istəmirlər.” - Jirayr Liparityan vurğulayıb.

Qeyd etmək lazımdır ki, Ermənistana, xüsusən Qarabağ ərazisinə belə köçürülmə baş verərsə Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Onsuz da regionda baş verən bütün infrastruktur layihələrdən özünü təcrid edən Ermənistanın əslində nə istədiyi bəlli deyil. İqtisadi, sosial və siyasi problemlər səbəbindən tərk edilən, haradasa bir neçə il sonra “əhalisiz dövlət” olacağı danışılan, buna baxmayaraq boş qalmış Dağlıq Qarabağ ərazisini öz ərazisi kimi tanıtmağa çalışan, Gürcüstanın, Türkiyənin ərazilərinə iddia edən, 100 il bundan əvvəl “baş vermiş” hansısa hadisəyə “soyqırım” dedirtmək üçün dəridən qabıqdan çıxan bir xalqın milli təfəkkürü beləcə qüsurludur.

 

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi

www.irshadtv.com ilə

22.04.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.