www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
MÖHTƏŞƏMLİYİLƏ YADDAŞLARDA QALACAQ BAKI 2015

Birinci Avropa İdman Oyunları 12 - 28 iyun 2015 - ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi. Azərbaycan medal siyahısında 21 qızıl medalla 2 - ci yeri tutdu. Ümumilikdə idmançılarımız Birinci Avropa Oyunlarında 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazandılar.

Siyahının lideri Rusiya oldu - 79 qızıl, 40 gümüş, 45 bürünc medal.

Böyük Britaniya isə 18 qızılla ilk üçlüyü tamamladı.

Ümumilikdə 42 ölkə medalçılar sırasına düşdü.

Fransanın " Le Figaro " qəzeti İlk Avropa Oyunları haqqında belə yazdı : " 20 idman növündə mübarizə aparan 50 ölkədən 6000 atleti ən yaxşı şərtlər daxilində qəbul etmək üçün Azərbaycan cəmi 30 ay - rekord müddət ərzində ən yüksək səviyyəli zəruri idman infrastrukturunu yarada bildi : "Yalnız ayrılmış maliyyə vəsaitinin deyil, daha çox tarixi və mədəni kökləri ilə fəxr edən (bu da özünü açılış mərasimində göstərdi) xalqın iradə gücü, enerji və istedadı hesabına bu böyük tapşırığın öhdəsindən gəlmək oldu. Qonaqpərvərlik və Olimpiya qardaşlıq dəyərlərinə əhəmiyyət verən xalq - elə bir əhəmiyyət ki, hətta Azərbaycanla ədalətsiz və faciəvi münaqişənin iştirakçısı olan Ermənistanın belə digər iştirakçı ölkələrlə yanaşı bu yarışlarda iştirakını təmin etdi ".

Qəzet yazır : " Əcnəbi şərhçilərə inansaq, Azərbaycan əhalisi üçün bu Oyunlar ağır sınaq olmalı idi. Əslində isə açılış mərasimində iştirak edən 68000 tamaşaçının ruh yüksəkliyini görmək və ya axşam düşən kimi insanların ailələri ilə birgə idman yarışlarına tələsdiklərinə şahid olmaq kifayət idi ki, bütün xalqın Olimpiya hərəkatına qoşulduğu üçün qürurlandığını anlayasan. İndi orada olmaq müxtəlif ictimai yerlərdə əhali ilə tanış olmaq üçün xüsusi üstünlük əldə etməkdir. Əhali əsasən müsəlmanlardan ibarət olsa da, burada çadralı qadınlara rast gəlmək nadir hadisədir. Burada qadınlara Fransadan 30 il əvvəl səs vermək hüququ verilib, ölkədə şiələr, sünnilər, yəhudilər və xristianlar qarşılıqlı hörmət və sülh şəraitində yaşadıqları halda, digər yerlərdə dinlərin faciəvi toqquşması müşahidə edilir.
Nəhayət, Azərbaycan əvvəlki kimi çoxsaylı problemlərə, ilk növbədə, şimaldan Rusiya, cənubdan İran və qərbdən Ermənistan - Azərbaycan münaqişəsinin təzyiqinə məruz qalaraq, müstəqilliyi ilə bağlı əbədi çağırışlara müqavimət göstərir..."

Azərbaycan beynəlxalq əhəmiyyətli daha bir tədbirə yüksək səviyyədə, heç bir nöqsan olmadan ev sahibliyi etməyi bacardı. Ölkəmiz I Avropa Oyunlarını dünyaya təqdim etməklə təşkilatçılıq potensialını nümayiş etdirə bildi. Oyunlar başlamazdan öncə Azərbaycanın təşkilatçılıq məsələlərinə görə dünya rekorduna imza atdığını bəyan edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki ilk qitə miqyaslı Oyunların təşkilatçısı olan ölkəmizin bundan sonrakı yarışların da rəmzi start nöqtəsi olacağını bildirib. O, Bakının Avropa Oyunlarının tarixində əbədi rol oynayacağını xatırladaraq, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəlinin paytaxtımızda yandırılacağını vurğulayıb: “ Təşkilatçılıq, qonaqpərvərlik, könüllülərin işi çox gözəl idi. Müxtəlif oyunlarda, məkanlarda olmuşam. Burda heç bir şikayət eşitməmişəm. İdmançılar xüsusilə Atletika Kəndini bəyənirlər. Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq. Burdakı yarış gələcək namizədlər üçün böyük təcrübə olacaq. Bütün bunları nəzərə alaraq mən inanıram ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına da hazırdır ”.

Avropa İttifaqının Azərbaycandakı keçmiş səfiri Roland Kobia isə Avropa məkanında ilk dəfə keçirilən Oyunlara yüksək səviyyədə ev sahibliyi edilməsindən, yarışların yaxşı keçməsindən danışıb : “ Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib. Yarışlara xeyli sayda azarkeşlərin gəlməsi və onların nikbinliyi çox xoşuma gəldi. Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək istəyirsə, rəqabətə hazır olmalıdır. Hesab edirəm ki, olimpiadanı keçirmək üçün ölkənin hər cür şansı var ”.

Xatırladaq ki, son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq idman tədbiri yüksək səviyyədə keçirilib. I Avropa Oyunları da öz təşkilatçılığına, möhtəşəmliyinə görə onların sırasına əlavə olundu. Bütün bunları nəzərə alaraq, inanırıq ki, 2016 - cı il Formula -1 (F1) üzrə Avropa Qran - pri yarışları, Şahmat Olimpiadası, 2017- ci il İslam Həmrəylik Oyunları da Bakıda yüksək səviyyədə keçiriləcək və idman ölkəsi kimi Azərbaycanın dünyadakı nüfuzu daha da artacaq.

Milli Olimpiya Komitəsindən " İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası "- na ( İrşad Tv - yə ) verilən məlumata görə, Bakı 2015 Birinci Avropa İdman Oyunlarında medal qazanan Azərbaycan idmançılarına təqdim ediləcək pul mükafatının ümumi məbləği aşağıdakı kimidir :

Medal sahiblərinə və onların şəxsi məşqçilərinə ümumilikdə 8 005 000 manat ödəniləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı və Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatının 3 450 000 manatı qızıl medal qazananlara və onların şəxsi məşqçilərinə, 1 895 000 manatı gümüş medalçılara və onların məşqçilərinə, 2 660 000 manat isə bürünc medalçılara və onların şəxsi məşqçilərinə çatacaq.

Azərbaycan idmançıları 17 gün davam edən İdman Oyunlarında 56 medal qazanıb ki, bunların da 21 - i qızıl, 15 - i gümüş, 20 - si isə bürüncdür.


MEDALLARIN İDMAN NÖVLƏRİNƏ GÖRƏ SIRALANMASI :


Güləş: 6 qızıl, 2 gümüş, 7 bürünc - 15 medal

Boks: 6 qızıl, 1 gümüş , 4 bürünc - 11 medal

Karate: 4 qızıl, 2 bürünc - 6 medal

Taekvondo: 3 qızıl, 1 gümüş, 1 bürünc - 5 medal

İdman gimnastikası: 1 qızıl, 2 gümüş, 2 bürünc - 5 medal

Cüdo: 1 qızıl, 2 gümüş, 1 bürünc - 4 medal

Sambo: 4 gümüş

Avarçəkmə: 1 gümüş

Bədii gimnastika: 1 gümüş

Qılıncoynatma: 1 gümüş, 1 bürünc

Batut gimnastikası: 1 bürünc

Triatlon: 1 bürünc


MEDALÇILARIN SİYAHISI :


QIZIL


Oleq Stepko (İdman gimnastikası)

Firdovsi Fərzəliyev (Karate)

Rafael Ağayev (Karate)

Ayxan Mamayev (Karate)

Pərviz Bağırov (Boks)

Ayxan Tağızadə (Taekvondo)

Elvin Mürsəliyev (Güləş)

Toğrul Əsgərov (Güləş)

Rəsul Çunayev (Güləş)

Xetaq Qazyumov (Güləş)

Mariya Stadnik (Güləş)

İrina Zaretska (Karate)

İlham Zəkiyev (Cüdo)

Milad Beiqi Harçeqani (Taekvondo)

Radik İsayev (Taekvondo)

Abdulqadir Abdullayev (Boks)

Albert Səlimov (Boks)

Teymur Məmmədov (Boks)

Kollazo Sotomayor (Boks)

Elvin Məmişzadə (Boks)

Anjela Doroqan (Güləş)


GÜMÜŞ


Oleq Stepko (İdman gimnastikası - 2 medal)

Marina Durunda (Bədii gimnastika)

Xaybula Musalov (Boks)

Sabahi Şəriəti (Güləş)

Səbinə Abdullayeva (Cüdo)

Valentin Demyanenko (Avarçəkmə)

Fəridə Əzizova (Taekvondo)

Orxan Səfərov (Cüdo)

Rafiq Hüseynov (Güləş)

Sevil Bünyatova (Qılıncoynatma)

Amil Qasımov (Sambo)

İslam Qasımov (Sambo)

Vasif Səfərbəyov (Sambo)

Nəzakət Xəlilova (Sambo)


BÜRÜNC


Oleq Stepko (İdman gimnastikası - 2 medal, fərdi və komanda)

Sevinc Bünya tova (Qılıncoynatma)

Niyazi Əliyev (Karate)

Həsən Əliyev (Güləş)

İlahə Qasımova (Karate)

Cəbrayıl Həsənov (Güləş)

Hacı Əliyev (Güləş)

Rostislav Pevtsov (Triatlon)

Elman Muxtarov (Güləş)

Ruslan Dibirhacıyev (Güləş)

Məhəmmədrəsul Məcidov (Boks)

İlya Qrişunin (Batut gimnastikası)

Patimat Abakarova (Taekvondo)

Yana Alekseyevna (Boks)

Anna Əlimərdanova (Boks)

Natalya Sinişin (Güləş)

Cəmaləddin Maqomedov (Güləş)

Petro Paxnyuk (İdman gimnastikası - komanda)

Eldar Səfərov (İdman gimnastikası - komanda)

Tayfur Əliyev (Boks)

Zakir Mislimov (Cüdo)

***

Bakı 2015 İlk Avropa İdman Oyunlarında 1 - ci yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), 
2 - ci yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı ayrılıb.

Möhtəşəmliyi ilə hələ uzun müddət yaddaşlarda qalacaq Bakı 2015 ilk Avropa Oyunları 28 iyunda yekunlaşdı. Əminliklə demək olar ki, Birinci Avropa İdman Oyunlarına ev sahibliyi edən Azərbaycan yalnız mükəmməl təşkilatçılığı ilə yox, həm də idmanda qazandığı nailiyyətlərə görə fərqlənməyi və Avropa qitəsinin idman tarixinə yeni bir səhifə yazmağı bacardı.

 

 

Birinci Avropa Oyunları Təşkilat Komitəsi

www.irshadtv.com ilə

30.06.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.