www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
ERMƏNİLƏRİN UYDURDUĞU VƏ DÜNYANI ALDATDIQLARI BİR TARİX

Əslində nə baş verib?
10 min müsəlmanı kim öldürmüş? ( Arxiv sənədləri ).

 

Atatürk Universiteti Türk - Erməni Münasibətləri Araşdırma Mərkəzinin müdiri Professor Dr. Erol Kürkçüoğlu saxta "erməni soyqırımı" iddialarından danışıb.

Avropa.info - dan aldığımız məlumata görə Kürkçüoğlu arxiv sənədlərində əslində ermənilərin dinc əhalini qarət etdikləri haqda faktların olduğunu və bu səbəbdən də Ermənistanın arxiv sənədlərinin açılmasına razı olmadığını bildirib.

" Hər il aprelin 24-də hansı ölkənin qondarma soyqırımı qəbul edib etməyəcəyini düşünürük. Gündəmə Obama "soyqırım" sözünü işlədəcək yoxsa yox fikir dartışmaları gəlir. Əslində 24 aprel ermənilərin uydurduğu və dünyanı aldatdığı bir tarixdir. 24 aprel ermənilərin öz ayıblarını və cinayətlərini örtməyə çalışdıqları tarixdir."

Tarixi olayların baş verdiyi dövrün 1-ci Dünya Müharibəsi dönəminə düşdüyünü xatırladan Kürkçüoğlu bunları deyib.

"O dövrdə əli silah tutanlar cəbhədə idi. Birinci Dünya Müharibəsi şəraitində Osmanlı dövləti yeddi cəbhəyə əsgər göndərmək məcburiyyətində qalmışdı. Vanda da durum beləydi. Əli silah tutan Vanlı müharibəyə getmişdi. Arxa cəbhə tamamilə müdafiəsiz qalmışdı. Qəsəbələrimiz, kəndlərimiz, şəhərlərimiz müdafiəsiz qalmışdı . Aprelin 1-i ilə aprelin 15- tarixləri arasında Vanda ermənilərin çox böyük üsyanı baş vermişdir . Bununla bağlı fotolar arxivdə indi də mövcuddur. Qaya Çələbi Məscidinin yerləşdiyi sahədə 10 minə yaxın müsəlman əhali qətlə yetirilmişdir.

Bundan sonra aprelin 24-də Osmanlı hökuməti bu cinayətlərə qarşı inzibati tədbirlərə başlamışdır. Daşnak, Hınçak, Ramgavar , Veragöz kimi ermeni cəmiyyətləri bağlanaraq rəhbərləri həbs edilmişdir. O vaxt müsəlmanlara qarşı olan qırğınlarla əlaqədar 235 erməni lideri həbs olunmuşdur. Olanlar bütünlüklə bundan ibarətdir. Vandakı üsyanlara görə ermənilərin cəmiyyətləri bağlanmış, rəhbərləri həbs olunmuşdur. Ermənilər hər il 24 apreldə dünyanı, öz eyiblərini, cinayətlərini örtmək üçün aldadırlar. Qətlə yetirilənlər müsəlman qadınlar, uşaqlar və yaşlı qocalar olmuşdur.

Lakin bütün bunlar da ermənilərin törətdikləri qırğınları dayandırmayınca, aprelin 27-də qarətlər edən üsyançıların Suriyaya köçürülməsi ilə bağlı qərar verilmişdir. Amma bu qərar sırf ermənilərlə bağlı deyildi. Üsyanın qarşısını almaq, əli silah tutan kişilərin müharibədə olduğu Vanı qarətlərdən qurtarmaq məqsədi daşıyırdı."

Qeyd edək ki, Türkiyə tərəfinin arxiv sənədlərinin açılması təklifinə Ermənistan razılaşmır. Rəsmi İrəvan Türkiyəyə qarşı olan Qərb dairələrinin yardımıyla məsələni siyasiləşdirmək və rəsmi Ankaraya qarşı sanksiyaların tətbiq olunmasına çalışır.

 

Avropa.info

www.irshadtv.com ilə

20.04.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.