www.irshadtv.az - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası-MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 

MƏHƏMMƏD PEYĞƏMBƏRİN SOYKÖKÜ

BİTMƏYƏN SUALLAR, HEYRƏTƏ SALAN CAVABLAR...

Həzrəti Məhəmmədin soykökü haqqında müzakirə və mübahisəli məqamlar onun dövründən üzübəri hər zaman olub. Əlbəttə, istənilən bir şəxsə yaxınlaşıb soruşsaq, cavabı eyni olacaq: Həzrəti peyğəmbər ərəb idi. Ərəbistanda islam dinini yayıb. Qısa olaraq qeyd edək ki, Hz.Məhəmmədin anadan olduğu il eramızın 570-ci ili sayılır. Hz.Məhəmmədin uşaqlıq və gənclik illəri haqqında məlumat çox cüzidir. Bizə məlum olan ancaq budur ki, o, uşaq vaxtından yetim qalıb: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Hz.Məhəmməd altı yaşında olarkən ölmüşdür ...

DİLİMİZ MİLLİ KİMLİYİMİZ

Diqqətlə oxuyun, dilimizi qısqanclıqla qorumalı və təbliğ etməliyik. Necə ki, ingilislər, ruslar bunu etməkdədirlər.

Azərbaycan dili və ya Azərbaycan Oğuz türkçəsi qədim bir tarixə malikdir. Azərbaycan türklərinin dili özü türkçədir desək, yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu bizim kimlik kartımız, bəlgəmiz olar. Öncədən də qeyd etdiyim kimi “çirklənmədən” ifadəsini yenə vurğulayıram. “Bir dil necə çirklənər”, deyə sual edə bilərsiniz. Sizə bunun açıqlamasını yazacağam. Əgər biz öz dilimizə gərəksiz, yabancı, milli olmayan sözlər daxil ediriksə, bu, dilimizin çirklənməsinə gətirib çixarır ...

BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR !

Sovetlər birliyi dağıldıqdan sonra qlobal siyastədə Yeni dünya düzəninin qurulması istiqamətində iki tendensiya getməkdədir. “Birincisi, ABŞ və Qərbin müttəfiqliyi ilə birqütblü super Amerika fövqəlbəşər dünya imperiyasının(Bzejinski) qurulmasıdır. İkincisi isə Çin, Rusiya və İranın başında durduğu güc tarazlığına və çoxqütblü sivilizasiyaların bərabərhüquqlu əməkdaşlığına əsaslanan çox qütblü dünyanın qurulması uğrunda mübarizədir. Sovetlər birliyi dağıldıqdan sonra bu imperiyanin varisi olan Rusiya, İran və Çin ilə ABŞ-AB-nin təmsil etdiyi hər iki qütbün Bəsrə (Kəngər) körfəzində və Xəzər dənizində enerji resursları uğrunda mübarizəsi bu iki geosiyasi qütblərin qarsıdurmasını əks etdirirdi ve hal hazirda bu qarsıdurma orta şərqdə, İraqda, Suriyada davam etməkdədir.  Soyuq savas bitdikdən sonara qlobal siyasət yaxın dövrlərə qədər ABŞ ve Avropanın üstünlüyü ilə yürüdülürdü. NATO-nun genişlənməsi,Avropanın Şərq tərəfdaşlığı, Avropanın Şərqə dogru genişlənməsi ve s proqramlarla ABS-AB Avrasiyada genişlənməkdə idi ...

VATİKAN GİZLİNLƏRİ
"KİTABİ-DƏDƏM QORQUD"un BAŞINA NƏLƏR GƏLİB?

Türk tarixinin “Soy kitabı”nın orijinalı hələ də dünyadan gizlədilir.
“Türkün Qızıl kitabı”, “Qırmızı kitab”... Bu adları son zamanlar daha tez-tez eşidirik. Əslində, bu adlar altında nəzərdə tutulan kitabın adının “Soy kitabı” olduğu qeyd edilir. Kitabla bağlı bir söz var: "Hökumətlər müvəqqəti, dövlət qalıcıdır...yeni hökmran taxtında oturanda, siyirtməsində Qırmızı Örtülü bir kitab olar, dövləti ona görə idarə edir ...

"STALİN XİYARI UYDURUB" SÖHBƏTİNƏ AYNUR TALIBLIDAN ELMİ CAVAB
BİZ KİMİK - AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ?

İlber Ortaylı doğru söyləyir. Türklükdən niyə qorxursunuz?! Millətlə, xalqın fərqini bilmirsiniz?! Ara-sıra bəzi tarixi həqiqətləri və Azərbaycan Oğuz Türklərinin köklü, qədim, əski tarixə malik olduğundan məqalələrimdə özəlliklə bəhs edirəm. Bu həqiqətləri qürur hissi keçirərək yazır və şükürlər edirəm ki, qədim, əsalətli Oğuz Türkləriyik. Bu yerdə bütün Türk dünyasının görkəmli simalarından olan Ahmet Yasəvi ilə əlaqədar qeyd edilən bu sözləri vurğulamaq istərdim...

TURAN-İRAN, YOXSA TURAN-AVROPA QARŞIDURMASI? (3-CÜ YAZI)

Bir çox tədqiqatçılar Yeni Turan İmperiyasının parçalanmasında Mada türklərinə dəstək verən Arilərin bu rolunu şişirdərək, heç bir əsas olmadan Midiyanı tamamilə Ari/İran dövləti kimi qələmə veriblər. Halbuki Midiya dövlətinin özünün də əsas hərbi qüvvələri məhz Sakalar-İşquzlar olublar. Məhz həm Midiya dövlətinin qurucularının əksəriyyətinin türk olması, həm də Sakalara görə midiyalıları turani hesab edirlər. İlk dövrlərdə Avropanın şərqşünas alimləri də bunu etiraf edərək, midiyalıları turani saymışlar. Deməli, Midiyada Turanlıların yoxsa, Arilərin hakimiyyətdə olması məsələsini ilk dəfə Avropa şərqşünasları özləri həll etmişlər...

TURAN-İRAN, YOXSA TURAN-AVROPA QARŞIDURMASI? (2-Cİ YAZI)

Assuriya-yəhudi mənbələrində İskitlərin adı «aşke­naz», «işquza», «aşquza» kimi qeyd edilmişdir ki, bu sözü haqlı olaraq bir çox tədqiqatçılar «Kitabi-Dədə Qor­qud»­dakı «İç Oğuz», «Oğuz» anlayışı ilə eyniləşdirirlər. Oğuz anlayışı isə qədim türk tayfa birliyinin adı ilə bağlı olmuşdur. Bu tayfanın adı Orxon-Yenisey abidələrində Oğuz budun kimi çəkilir. Oğuz xan nəslindən hesab olunan oğuzları Mahmud Kaşğari 22 tayfa, F.Rəşidəddin isə 24 tayfadan ibarət olduğunu göstərir. Deməli, qədim Azərbaycanda «türk» amili İskit-İç Oğuz çarlığı dövründə daha ciddi şəkildə meydana çıxmışdır ...

TURAN-İRAN, YOXSA TURAN-AVROPA QARŞIDURMASI? (1-Cİ YAZI)

Əslində mifik və gerçək tarixdə daha çox Turan-İran qarşıdurmaları yer alsa da, bizcə, bu məhdud xarakterlidir. Belə ki, Turan xalqlarının mübarizəsi Hind-Avropa mənşəli yalnız İranlılarla deyil, eyni zamanda yunanlar, romalılar, slavyanlar və başqa xalqlarla da olmuşdur. Sadəcə,onların arasında ən çox diqqət çəkən və əfsanələşdirilən Turan-İran məsələsi olmuşdur. Halbiki Turan xalqları yalnız Hind-Avropalıların bir qolu olan iranlılar qədər yunanlar, romalılar, slavyanlarla da savaşmışlar. Turan xalqları Anadoluda Troyalılar, Şimali Qara dəniz və Qafqaz ətrafında isə İskitlər-İşquzlar adlarıyla yunanlarla savaşmışlar...

STALİNİN GİZLİ AZƏRBAYCAN SİYASƏTİ ( Qorki vasitəsilə türklərə qarşı atılan addımlar )

Sovet İttifaqının dağılmasıyla orta və ali məktəblərdə sosializm quruluşunun təbliğatı üçün yaradılmış çox ədəbi əsərlərin öyrənilməsi başa çatdı.

Əlbəttə ədəbi-estetik nöqteyi-nəzərdən onların öyrənilməsi xüsusi əhəmiyyət kəsb eləmir. Ancaq bəziləri bundan tarixi mənbə kimi (məsələn, etnoqrafik material baxımından) istifadə edə bilərlər. Necə ki, ayrı-ayrı vaxtlarda SSRİ rəhbərləri, o cümlədən İosif Stalin bundan yararlanırdı...

DÜNYA İCTİMAİYYƏTİNİN ERMƏNİLƏR HAQQINDA OLAN FİKİRLƏRİ

Ermənilər özləri haqqında qədim dövrdən pis fikirlər yaradıblar. Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər...

ERMƏNİLƏRİN TÜRKLƏRƏ QARŞI SOYQIRIM SİYASƏTİ

Ermənilər tarix boyu dünyayı aldatmaqda ən mahir tayfa kimi qəbul edilə bilər. Onlar kosmopolit siyasəti ustalıqla həyata keçirməkdə mahirdirlər. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq qabiliyyəti yalnız bu tayfaya aiddir. Türklərin uğradığı haqsızlıq və ədalətsizliklər ermənilər tərəfindən əksinə təbliğ edilmiş və edilməkdədir. Türklərə və müsəlmanlara qarşı törətdikləri soyqırımı, ermənilərə edilmiş soyqırım adıyla dünyaya tam əksinə təbliğ edə bilmişlər...

ERMƏNİLƏRİN AZƏRBAYCANA, QARABAĞA KÖÇÜRÜLMƏSİ

A.S.Qriboyedovun ölümündən sonra 30 yanvar 1828-cu ildə İrandan ermənilər kütləvi şəkildə qovuldular və rus hökuməti onları Azərbaycan torpaqlarında - İrəvan xanlığında və Qarabağda yerləşdirdilər...

ERMƏNİLƏRİN AZƏRBAYCANA
KÖÇÜRÜLMƏSİ SİYASƏTİNİN MÜƏLLİFİ KİMDİR?

XIX əsrin əvvəllərində baş vermiş I və II Rus-İran müharibələri zamanı Rusiyanın işğalçı siyasətinin həyata keçirilməsində ordu ilə yanaşı, diplomatlar da yaxından iştirak etmişlər ki, bunlardan da biri Aleksandr Sergeyeviç Qriboyedov idi. O, «Türkmənçay» müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində mühüm rol oynamışdır...

AZƏRBAYCAN ƏLİFBASI,
AZƏRBAYCAN DİLİNİN YARANMASI VƏ İNKİŞAF TARİXİ

«Bu mətnlərdən bircə şey gün kimi aydındır: indi bizim lüğət fondumuzda 60-65 faiz ərəbin, farsın saydığımız sözlərin hamısı özümüzündür, onlar bizim doğmalarımızdır. Çünki gil yazılar yazılanda dediyim dillərin hələ heç daşıyıcıları belə dünyaya gəlməmişdilər. Bu da tarixin danılmaz olqusudur…

20 YANVAR - XALQIMIZIN ÖZ VARLIĞINI TƏSDİQ ETDİYİ GÜNDÜR

20 Yanvar faciəsinin dövlət anım tədbirləri ictimai maraq tələblərinə tam cavab verir. Rəsmi sənədlər faciənin beynəlxalq miqyasda tanınmasında müstəsna rol oynayır...

17 NOYABR - MİLLİ DİRÇƏLİŞ GÜNÜ

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı...

12 NOYABR - KONSTİTUSİYA GÜNÜDÜR

Azərbaycan öz milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər kimi təsbit etmişdir.
Hər bir xalqın yaratdığı dövlətin qüdrəti onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu çərçivədə öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır. Məhz belə bir tarixi sınaqda xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünün strateji seçimini etmişdir...

9 NOYABR - AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜDÜR

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ

Milli mətbuatımızın 140 illiyi dövlət səviyyəsində qeyd edilir.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdır. Bu qəzetin ilk nömrəsi 1875 - ci il iyulun 22 - də çapdan çıxmışdır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks - səda doğurmuşdur. 1875 -1877- ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.

MÖHTƏŞƏMLİYİLƏ YADDAŞLARDA QALACAQ BAKI 2015

Birinci Avropa İdman Oyunları 12 - 28 iyun 2015 - ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi. Azərbaycan medal siyahısında 21 qızıl medalla 2 - ci yeri tutdu. Ümumilikdə idmançılarımız Birinci Avropa Oyunlarında 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazandılar.

Siyahının lideri Rusiya oldu - 79 qızıl, 40 gümüş, 45 bürünc medal. Böyük Britaniya isə 18 qızılla ilk üçlüyü tamamladı. Ümumilikdə 42 ölkə medalçılar sırasına düşdü...

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

Bu gün Silahlı Qüvvələrimizin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir...

AVROPA OYUNLARINDA İŞTİRAK EDƏCƏK AZƏRBAYCANLI İDMANÇILAR VƏ TƏQVİM

“Bakı - 2015” birinci Avropa Oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarının adları açıqlandı.

Milli Olimpiya Komitəsindən " İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası "- na ( İrşad Tv -yə ) verilən məlumata görə, birinci Avropa Oyunlarında 291 idmançımız birincilik uğrunda mübarizə aparacaq...

AZƏRBAYCAN  XALQ  CÜMHURİYYƏTİ

Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası - Müsəlman şərqində ilk parlamentli respublika. Türk və Islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur.

Yaranması :

ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² olmuşdur. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul edilərək gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdur...

BİRİNCİ AVROPA OYUNLARININ BAKIDA KEÇİRİLMƏSİ TARİXİ HADİSƏDİR

İlk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci ildə Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdir. Avropa Oyunlarının hər dörd ildən bir keçirilməsi planlaşdırılmışdır. Növbəti Oyunların keçirilməsi 2019-cu ildə nəzərdə tutulmuşdur...

ÇANAQQALA DÖYÜŞÜ

Tаnrı türkü yаrаtdığı ilk аndаn оnа iki şеy bəxş еdib - əbədi düşmən və bu düşmənə dirəniş göstərə biləcək 
güc-qüvvə. Еlə bir qüvvə ki, türk оğlu ən çıxılmаz аndа bеlə оnа söykənib, inаnılmаz qəhrəmаnlıqlar göstərə bilsin...

ERMƏNİSTAN ŞOKDA

Yayılan məlumatlarda bildirilir ki, ermənilərlə türklərin “soyqırım” məsələsi fonunda gərginləşən, onsuz da yaxşı olmayan münasibətlərin nəticəsində Türkiyədə yaşayan ermənilərin ölkə ərazisindən çıxarılması gündəmə gəlib. On minlərlə Türkiyə ermənisinin Ermənistana gəlməsi ölkə rəhbərliyi üçün iqtisadi və siyasi problemlər yarada bilər...

ERMƏNİLƏRİN QƏTL ETDİYİ TÜRK DİPLOMATLAR

XX əsrin əvvəllərində ermənilər tərəfindən həyata keçirilən “Nemezis” planı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğunun mühüm simaları qətlə yetirilmişdir. Hücumları həyata keçirən terrorçulardan bəziləri yaxalansa da, sonradan müxtəlif adlar altında azadlığa buraxılmışdır...

ERMƏNİLƏRİN UYDURDUĞU VƏ DÜNYANI ALDATDIQLARI BİR TARİX

Atatürk Universiteti Türk - Erməni Münasibətləri Araşdırma Mərkəzinin müdiri Professor Dr. Erol Kürkçüoğlu saxta "erməni soyqırımı" iddialarından danışıb.

Avropa.info - dan aldığımız məlumata görə Kürkçüoğlu arxiv sənədlərində əslində ermənilərin dinc əhalini qarət etdikləri haqda faktların olduğunu və bu səbəbdən də Ermənistanın arxiv sənədlərinin açılmasına razı olmadığını bildirib...

AZƏRBAYCANLILARIN MART SOYQIRIMI

Mart Soyqırımı və ya Mart Hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır ...

XOCALI  FACİƏSİ

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Hər il Azərbaycanın minlərlə sakini Xocalı soyqırımının ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda və bölgələrimizdə faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşır. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirlər. Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzürlər ...

MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ

XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi  Fransua - Mari Arue, yəni Fransua VOLTER demişdir : - Maddi və mənəvi problemləri özünə dərd etməyən insanın həyatı xoş keçər.

Mən də özümü dərk edəndən bəri həyatım boyu qarşılaşdığım istər maddi, istərsə də mənəvi problemləri özümə dərd etmədim. Bunları bir qanunauyğunluq, alın yazısı hesab etdim. Düşünürəm ki, nəsillər dəyişdikcə, insanların şüuru inkişah etdikcə maddi və mənəvi problemlər ardıcıllıqla öz həllini tapacaq. Əzizlərimə, dost - tanışlarıma daim bunu izah etməyə çalışdım. Ancaq unutmamalıyıq ki, həyat mübarizə meydanıdır. Öncə milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir.

VARLIĞI ODLARA QALANAN VƏTƏN

Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.
Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatıblar. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmək istəmirlər...

ERMƏNİ-DAŞNAK GÜRUHUNUN ANTİ - AZƏRBAYCAN SİYASƏTİNƏ QARŞI ARDICIL VƏ QƏTİYYƏTLİ MÜBARİZƏ APARAN İNSAN

( Bu yazımı Akif müəllimə - Akif Rüstəm oğlu Rüstəmova doğum günü münasibətilə hədiyyə edirəm )

Ana babam Rüstəm Qulu oğlu Rüstəmzadə haqqında öyrəndiklərim : Ana babam Rüstəm Qulu oğlu Rüstəmzadə 1943 - cü ildə vəfat etdiyindən mən onu görməmişəm. Ancaq ana babamın qardaşı Kamran Qulu oğlu Rüstəmzadə qohumları ilə tez-tez görüşərdi. Biz Ağdam şəhərinin mərkəzində yaşadığımıza...

PREZİDENT İLHAM ƏLİYEVİN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ 2015 - Cİ İL MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ

“Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir...

VƏTƏNPƏRVƏRLİK ANLAYIŞI

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, millətə, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir...

 

 

 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.